"Turan Tovuz"un futbolçusu karyerasını 1-ci Liqada davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, 22 yaşlı yarımmüdafiəçi Məzahir Məmmədzadədir.
Tovuz təmsilçisinin Türkiyə toplanışına aparmadığı orta xətt oyunçusu MOİK-lə razılığa gəlib. Onun yaxın günlərdə "hərbçilər"lə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, əsas komanda ilə məşq edən Məzahir ötən mövsüm "boz qurdlar"ın heyətində Misli Premyer Liqasında 2 matça çıxıbsa, Azərbaycan Kubokunda da eyni sayda oyun keçirib.
Nihat