Son iş yeri "Qaradağ Lökbatan" olan Araz Abdullayevin yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millusinin sabiq hücumçusu növbəti mövsümə Premyer Liqada başlayacaq.
Araz uzun fasilədən sonra elitaya qayıdan "Karvan"la anlaşıb. Təcrübəli futbolçunun Yevlax təmsilçisi ilə 1 illik müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, "Karvan" 1-ci Liqada 3-cü yeri tutaraq Premyer Liqada oynamaq hüququ qazanıb.
Nihat