UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" - "Sele" matçına indiyədək satılan biletlərin sayı bəlli olub.
Bunu Fanat.Az-a "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlayıb.
Onun sözlərinə görə, dünən axşam saatlarınadək 3300 bilet satılıb.
Qeyd edək ki, “Sabah” – “Sele” görüşü iyulun 10-da, saat 20:00-da “Bank Respublika Arena”da reallaşacaq. Cavab qarşılaşması iyulun 17-də reallaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Nihat