"Karvan" daha bir transfer reallaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb.
Bölgə klubu ötən mövsümü "Səbail"də keçirən müdafiəçi Süleyman Əhmədovla anlaşıb. 25 yaşlı arxa xətt oyunçusu müddəti gələn ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, ötən mövsüm 1-ci Liqada 3-cü yeri tutan "Karvan" uzun fasilədən sonra elitada çıxış etmək hüququ qazanıb.