"Neftçi"dən ayrılan müdafiəçi Höccət Haqverdinin yeni mövsümə harada başlayacağı müəyyənləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "İmişli", "Karvan" və "Sumqayıt" maraqlıdır.
32 yaşlı futbolçunun sabiq komandası "Sumqayıt"la anlaşmaq ehtimalı daha yüksəkdir. Azərbaycan millisinin üzvü "kimyaçılar"a qoşulmağı uyğun variant hesab edir.
Qeyd edək ki, 2021-2023-cü illər aralığında "Sumqayıt"ın formasını geyinən Höccət müqavilə ilə "gənclik şəhəri" təmsilçisinə məxsus olduğu dönəmdə icarə əsasında Təbrizin "Traktor" komandasında da top qovmağa imkan atapıb. Daha sonra "Neftçi"yə keçən oyunçu bu yay bakılılarla vidalaşıb.
Nihat