İkinci Liqada çıxış edən "Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yolları ayırsa da, tərəflər yenidən əməkdaşlığa başlayıblar.
Bu barədə Fanat.Az-a mütəxəssisin özü məlumat verib.
Nadirovun şərtlərini qəbul edən rəhbərlik onunla 1 illik müqavilə bağlayıb.
Artıq Azərbaycan millisinin sabiq üzvü şəxsi "Instagram" hesabında seçimlər edəcəyini bildirib. O, "ASK Arena"da 3 gün ərzində oyunçu seçəcəyini açıqlayıb.
Xatırladaq ki, sözügedən çalışdırıcı ötən ilin ilin noyabrında "Şəmkir"in "sükanı arxası"na keçmişdi. Onun rəhbərliyi altında uğurlu çıxış sərgiləyən qərblilər yekunda 50 xalla 5-ci yeri tutmuşdular.
Nihat