"Stadionda köklü təmir işləri aparmaq, təbii qazon əkmək böyük maliyyə tələb edir. İndiki durumda belə planlar qurmaq real deyil".
Bunu Fanat.Az-a açıqlamasında bir müddət öncə yollarını ayırdığı "Şəmkir"in baş məşqçi postuna qayıdan Vüqar Nadirov deyib.
O, rəhbərlik etdiyi komandanın ev oyunlarını keçirdiyi stadionun qismən təmir ediləcəyini vurğulayıb: "Çempionat oyunları sentyabrda başlayacaq. Həmin vaxta qədər stadionda məşq etməyəcəyik. Ən vacibi odur ki, meydan düz olsun. Bundan başqa, paltardəyişmə otaqları da təmir edilməlidir. Yəni maliyyə imkan verdiyi qədər müəyyən işlər görüləcək".
Nihat