Qapıçı Orxan Sadıqlının yeni mövsümə harada başlayacağı hələ bəlli deyil.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir müddət futbolsuz qaldıqdan sonra 2-ci Liqa təmsilçisi "Şəmkir"ə keçən qolkiper bu komanda ilə də vidalaşıb.
Yeni mövsüm üçün ayda 2000 manat maaş istəyən Orxanın maddi tələblərini qarşılaya bilməyən qərb təmsilçisi onu heyətdə saxlaya bilməyib. 32 yaşlı qolkiperlə hazırda maraqlananlar olsa da, hər hansı klubla anlaşa bilməyib.
Xatırladaq ki, "Şəmkir" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 50 xalla 5-ci yerdə başa vurub.
Nihat