Ötən mövsüm formasını geyindiyi "Quba"dan ayrılan yarımmüdafiəçi Cavid İmamverdiyevin karyerasını harada davam etdirəcəyi müəyyənləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin sabiq üzvü Region Liqası təmsilçisi "Xudat"a qoşulmağa yaxındır.
Maliyyə sarıdan problem yaşamayan bu klubun yeni mövsümdən iddialı olacağı və 2-ci Liqada oynamaq üçün aidiyyatı qurumlara müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, Cavid İmamverdiyev futbolçu karyerası ərzində "Quba"dan başqa, “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə), “Sumqayıt”, "Sabah", "Keşlə" və "Kəpəz"in uğurları üçün çalışıb.
Nihat