"Sabah"ın qapıçısı Emil Həbibov karyerasını 2-ci Liqada davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun xidmətində "Şəmkir" maraqlıdır.
Hazırda qərb təmsilçisi ilə danışıqları davam etdirən Emil şərtlərlə bağlı razılığa gələcəyi halda, bu komandaya icarəyə veriləcək. 20 yaşlı futbolçu müntəzəm oynaya biləcəyi kollektivə qoşulmaq niyyətindədir.
Qeyd edək ki, sözügedən qolkiper ötən mövsümün ikinci yarısında icarə əsasında 1-ci Liqa klubu "Mingəçevir"in formasını geyinib.
Nihat