Bir neçə gün öncə serbiyalı mütəxəssis Saşa İliçi baş məşqçi postuna gətirən "Sumqayıt" transfer çalışmalarını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın sıralarına cəlb etməyi hədəflədiyi legionerlərdən birinin kimliyi bəllidir.
"Gənclik şəhəri" təmsilçisi yerli azarkeşlərin "Səbail"dəki çıxışından (2023-2024) tanıdığı hücumçu Aleksandr Ramalinqomu heyətə qatmaqda maraqlıdır. Madaqaskar millisinin 32 yaşlı forvardı son mövsümü İsrailin "Bney Saxnin" klubunda keçirib.
Nihat