"Karvan" klubu qapıçısı Kamran İbrahimovla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı Yevlax təmsilçisinin mətbuat xidməti yayıb.
26 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, "Karvan" 1-ci Liqada 3-cü yeri tutaraq uzun fasilədən sonra yenidən elitada iştirak hüququ qazanıb.