UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" - "Sele" matçına bir neçə saat qalmış satılan biletlərin sayı bəllidir.
Bunu Fanat.Az-a "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlayıb.
Onun sözlərinə görə, artıq 6000 bilet satılıb.
Azərbaycanlı azarkeşlərin adətən oyun günləri bilet axtardıqlarını nəzərə alsaq, 8700 azarkeş tutumuna malik arenanın tribunaları dola bilər.
Qeyd edək ki, “Sabah” – “Sele” görüşü iyulun 10-da, saat 20:00-da 8700 azarkeş tutumuna malik “Bank Respublika Arena”da reallaşacaq. Cavab qarşılaşması iyulun 17-də reallaşacaq. Bu oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Nihat