Yeni mövsümün hazırlıqlarını Qəbələdə davam etdirən "Şamaxı" heyətini formalaşdırmağa çalışır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar"ın baş məşqçisi Ayxan Abbasov baxışa 3 futbolçu dəvət edib.
Bunlar Ravil Qafarov, Bilal İsmayılov və Əkbər Eyubovdur. Abbasov baxışa çağırdığı oyunçularla bağlı qərarı onların nəyə qadir olduğunu görəndən sonra verəcək.
Qeyd edək ki, "Şamaxı" daha öncə Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi), Dioqu Balau, Karim Rossi ("Şaffhauzen", İsveçrə) və Sezar Dias Santosla ("Caxias", Braziliya) müqavilə bağlayıb. Kamal Bayramov (karyerasını bitirib), Brahim Konate ("Zirə"), Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli ("Sabah", icarə müqaviləsi bitib), Murad Vəliyev, Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsi bitib), Cəlal Hüseynov ("Arda"/Bolqarıstan, icarə müqaviləsi bitib), Vüsal Məsimov və Səbayıl Bağırovla əməkdaşlığa son qoyan bölgə klubu Rikardu Fernandeş, Alfons Msanqa, Abdulla Seydəhmədov və Rafael Məhərrəmli ilə anlaşma yeniləyib.
Nihat