"Qarabağ"ın hücumçusu Redon Cicanın karyerasını harada davam etdirəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı Ağdam təmsilçisinin mətbuat xidməti yayıb.
Albaniyalı forvardın Əlcəzairin “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunduğu bildirilib.
2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistlə yadda qalıb.