Sloveniyanın "Sele" komandasının baş məşqçisi Albert Riera “Sabah”a qarşı keçirdikləri UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçını şərh edib.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis 3:2 hesabıyla qalib gəldikləri səfər matçından sonra keçirilən mətbuat konfransında belə danışıb:
“Mövsüm öncəsi yorğunluq var idi. Amma düşünürəm ki, meydanda güclü tərəf biz idik. Yəqin ki rəqib baş məşqçi də bizimlə razılaşar. Səhvlərimizi düzəltməyə çalışacağıq. Bizi qarşıda 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. Cavab görüşünə sanki hesab 0:0 imiş kimi başlayacağıq”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək.