"Qəbələ"nin hücumçusu Abdullahi Şuaybunun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar"la müqaviləsinin müddəti bu yay başa çatan nigeriyalı forvard "Şamaxı"ya keçib.
O, "aslanlar"la 1+1 illik müqavilə bağlayıb. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
"Şamaxı"nın bu yay Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi), Dioqu Balau, Karim Rossi ("Şaffhauzen", İsveçrə), Sezar Dias Santos ("Caxias", Braziliya) və David Tomaz Dos Santos Oliveyranı (“Kovilya”, Portuqaliya) da heyətinə qatıb.
Xatırladaq ki, Şuaybu daha öncə Azərbaycanda "Kəpəz"in də uğurları üçün çalışıb.
Nihat