"Turan Tovuz" futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Klubla futbolçu arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu ilin yanvarında "Kəpəz"dən transfer olunmuşdu.