
Uzun fasilədən sonra Premyer Liqada iştirak edəcək "Karvan"dan ayrılan hücumçu Bəhruz Teymurovun yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən forvard 2-ci Liqada çıxış edəcək.
Bəhruz ötən mövsüm Region Liqasının qalibi olaraq 2-ci Liqada oynamaq hüququ qazanan "Xankəndi" ilə anlaşıb.
Qeyd edək ki, "Karvan" bu yay Teymurovdan başqa, Emil Qasımov, Ezekiel Morqan, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulovla da vidalaşıb.
Nihat