
Qvineyalı vinger Salifu Suma "Zirə"dən ayrılıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu artıq Azərbaycanı tərk edib.
Adı UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Hayduk"a qarşı keçiriləcək oyunların iştirak ərizəsinə salınmayan futbolçunun "Fənərbağça"ya, Kiyev "Dinamo"suna, Moskva "Spartak"ına və "Maribor"a satılması müzakirə edilsə də, bu variantlar real deyil. Onun böyük ehtimalla, Skandinaviya klublarından birinə qoşulacağı gözlənilir.
Xatırladaq ki, "Zirə" son mövsümdə Milsi Premyer Liqasında 2-ci yeri tutub.
Nihat