12:17 15.08.2025 805

"Fasiləyə qədər "Sabah"ın əsas problemlərindən biri bu idi" - Aslan Kərimov

Dünən UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında "Levski"yə 0:2 hesabı ilə uduzan (ilk oyun 0:1) "Sabah" avrokuboklarda mübarizəni dayandırdı. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın son oyununu dəyərləndirməsini xahiş etdik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyundan əvvəl də demişdim ki, "Levski" ilə ikinci matçda "Sabah"ın qol imkanları olacaq. Qonaq komandanın cinah oyunçuları sürətli olduqları üçün təmsilçimizin vingerləri birəbir epizodlarda uğur qazana bilmədilər. Rəqib bizim cinah hücumçularının nəsə etməsinə imkan vermədi. İlk qolu buraxandan sonra geridönüş etmək çətin idi. "Sabah" birinci hissədə meydanın mərkəzindəki mübarizəni tam şəkildə uduzmuşdu. Valdas Dambrauskas 5 müdafiəçi ilə oynamağı uyğun saymışdı. Cinah müdafiəçilərimiz önə çıxaraq topu qarşılamaq istəyəndə dərhal arxasına uzun ötürmə edirdilər. Üçüncücü mərkəz müdafiəçimiz isə cinahı sığortalamağa qorxurdu, çünki onun da arxasına mərkəzdən başqa futbolçu "açılacağını" bilirdi. İlk yarıda qeydə alınan belə epizodların birində Stiv Solvet gecikərək sarı vərəqə aldı. Fasiləyə qədər "Sabah"ın əsas problemlərindən biri bu idi. İkinci yarıya fərqli düzümlə çıxsaq da, yenə qonaqlar meydanın mərkəzində üstünlüyü tədricən ələ keçirdilər və məğlubiyyət qaçılmaz oldu. Bəzən topu ələ keçirsək də, bu zonaya nəzarət onlarda idi.

Bəzi məqamlara yenidən diqqət yetirmək lazım gələcək. "Sabah"da pleymeyker mövqeyi ilə bağlı suallar açıq olaraq qalır. Düzdür, elə bir sistemlə oynadılar ki, o sistemdə oyun mərkəzdə top paylayan futbolçudan faydalanmırlar, amma belə bir futbolçuya ehtiyac yenə də var".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

27 Sentyabr 2026
15:39

Mahir Məmmədov 3-cü dəfə FIDE-nin vitse-prezidenti seçildi

15:06

Şəhidlərin xatirəsi Litvada yad edildi

14:51

"Sabah"ın qapıçısı erkən qola üzülsə də...

14:13

Georgi Adamiya millinin baş məşqçisi oldu

13:36

NTD vidalaşdığı basketbolçuların adlarını açıqladı

13:07

Ümumdünya Şahmat Olimpiadası: Bu gün Azərbaycan milliləri son görüşlərini keçirəcək

12:45

Modriçdən yeni rekord

12:23

İngiltərə klubu "Bayern Münhen"in müdafiəçisi ilə maraqlanır

11:58

"Çelsi" və "Barselona" Bastonini istəyir

11:26

"Başqa bir gündə bu oyunu, şübhəsiz ki, qazana bilərdik" - Harri Keyn

10:49

"Belə futbolçu komandamızda olduğu üçün şanslıyıq" - Luis de la Fuente

10:22

UEFA Millətlər Liqası: Serbiya Niderlandı, Norveç Portuqaliyanı qəbul edir

09:47

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə səfər matçına çıxır

05:01

UFC: Azərbaycanlı döyüşçü debüt matçında diskvalifikasiya olundu

01:25

Millətlər Liqası: İspaniya İngiltərəni məğlub etdi

26 Sentyabr 2026
23:56

"Barselona" onun üçün 80 milyon avro ödəyəcək?

22:54

Azərbaycan gimnastları dünya çempionatında bürünc medal qazanıblar

22:12

Azərbaycan milliləri Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib

21:47

"Liverpul" "Real Madrid"in fransalı ulduzunu transfer siyahısına salıb

21:23

"Real Madrid" müdafiə xəttini "Ştutqart"ın gənc ulduzu ilə gücləndirmək niyyətindədir

20:47

"Arsenal" Ben Uaytın yerinə "Real Madrid"in ulduz müdafiəçisini transfer etmək istəyir

20:19

Bekhem biznes sayəsində 44 milyon avro gəlir əldə etdi

19:33

Stolüstü tennisçilərin Tbilisi sınağı

19:09

"Litvaya yaxşı nəticə qazanmaq üçün gəlmişik" - Mahir Emreli

18:37

"Xankəndi" yeni baş məşqçisi ilə müqavilə bağladı

18:34

Ayxan Abbasov Litvaya qarşı matçdan əvvəl nə danışdı?

18:02

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi bilindi

17:34

"Mançester Siti”nin maliyyə işində şok qərar

16:49

"Sumqayıt" yeni legionerlə gücləndi

16:23

Cakadan sonra Embolonun da başı dərddə: İsveçrə millisindən kənarlaşdırıldı

15:57

Fransa millisində Olise kimisi olmayıb - Əsrin rekordu

15:00

"Fənərbağça"nın transfer qadağasının səbəbi üzə çıxdı

14:33

Harri Keyn "Qızıl top" mükafatı haqda danışdı

13:58

"Palmer bu fürsəti əldən verdi" - Tomas Tuxel

13:26

Keyn gələcəyi barədə danışdı

12:49

Mbappe Madridə qayıdır

12:18

Arda Gülər Fransaya məğlub olduqları oyundan nə danışdı?

11:44

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Bolqarıstan və Sloveniyaya qarşı

10:56

Zidan millidəki debüt təəssüratını bölüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X