
Premyer Liqanın debütantı "İmişli" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Xəlil Mürsəlli ilə anlaşıb.
Məlumatı klubun mətbuat xidməti yayıb. 19 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mürsəlli “Sabah”ın əvəzedicilərdən ibarət komandasında çıxış edib.