
Yeni mövsümə Ramiz Məmmədovun rəhbərliyi altında hazırlaşan "Mingəçevir"i daha bir futbolçu tərk edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, geridə qalan "futbol ili"ndə "Karvan"ın formasını geyinmiş Roman Hüsenovdur.
Hücumameyilli yarımmüdafiəçi "işıqçılar"ın təklif etdiyi şərtlərlə razılaşmadığı üçün iş yerini dəyişmək qərarına gəlib. O, artıq digər 1-ci Liqa komandası "Difai"yə qoşulub. Roman "fədailər"in dünən 2-ci Liqa komandası "Quba"ya qarşı keçirdikləri yoxlama oyununda (3:3) iştirak edib.
Xatırladaq ki, 27 yaşlı Hüseynov "Qəbələ"nin yetirməsidir.
Nihat