Kamal Quliyevin yerini kimin tutduğu bəlli oldu

Kamal Quliyevin yerini kimin tutduğu bəlli oldu

2-ci Liqa təmsilçisi "Qaradağ Lökbatan"ın yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən komanda Qəzənfər Abbasova tapşırılıb.

Ötən mövsüm 1-ci Liqadakı mübarizəni sonuncu pillədə başa vuraraq aşağı diviziona düşən "Qaradağ Lökbatan" bir müddət öncə Kamal Quliyevlə əməkdaşlığa son qoymuşdu.

Qeyd edək ki, "Qaradağ Lökbatan" çempionatdakı ilk oyununu "Quba"ya qarşı keçirəcək. Qarşılaşma sentyabrın 6-da Quba OİK stadionunda baş tutacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər