22:13 05.09.2025 670

"Qarabağ" ilə "Deloitte Azərbaycan" əməkdaşlığa başladılar

"Qarabağ"la "Deloitte Azərbaycan" arasında Anlaşma Memorandumu imzalanıb.

Fanat.Az xəbər verir ki, Ağdam klubunun Suraxanı qəsəbəsində yerləşən "Azersun Arena"dakı təlim-məşq bazasında baş tutan tədbirdə memorandumu klubun prezidenti Tahir Gözel və "Deloitte" şirkətinin Azərbaycandakı ofisinin İdarəedici Partnyoru Nuran Kərimov imzalayıblar.

Klub prezidenti Kərimova "Qarabağ"ın formasını hədiyyə edib.

Bu əməkdaşlığın əsas məqsədi klubun inkişafı üçün müxtəlif peşəkar xidmətlərin göstərilməsi, idarəetmə, strateji planlaşdırma və dayanıqlılıq istiqamətlərində dəstək verməkdir. İmzalanmış memorandum beynəlxalq arenada mövqeyini möhkəmləndirməyə, klubun idarəetmə təcrübələrini qlobal standartlara uyğunlaşdırmağa və gələcək inkişafına mühüm töhfə verməyə xidmət edir.

Tədbirdə çıxış edən Tahir Gözel klubun son dövrlərdəki fəaliyyətini qeyd edib:

"COP29 çərçivəsində "Qarabağ" Futbol Klubu olaraq mühüm addımlar atdıq. Həmin yolun nəticələrini bölüşmək istərdim. Əvvəla, COP29 zamanı klubumuzun təşəbbüsü ilə Football Clubs Alliance for Climate təsis olundu. Bu alyans "Qarabağ"ın dəvəti və təşəbbüsü ilə, COP29 Sədrliyi və UNFCCC-nin dəstəyi, həmçinin ECA ilə birgə təşkilatçılıqla gerçəkləşdi. Alyansda "Liverpul", "Tottenhem", "Atletiko Madrid", "Real Betis", "Fənərbağça", "Qalatasaray", "Udineze", "Portu", "Flamenqo" və "Malmö" kimi dünya futbolunun aparıcı klubları "Qarabağ"la birlikdə iştirak etdilər. Bu klublar iqlim dəyişikliyi və dayanıqlılıq üzrə təcrübələrini bölüşdülər və birgə fəaliyyət üçün bəyannamə imzaladılar. Eyni zamanda "Qarabağ" BMT-nin "Sports for Climate Action" təşəbbüsünə rəsmi tərəfdaş qəbul olundu və bununla da regionda UNFCCC-yə üzv olan ilk futbol klubu statusunu qazandı. Bu üzvlük bizə "Race to Zero" kampaniyasına qoşulmaq imkanı yaratdı. Bu çərçivədə klubumuz aşağıdakı öhdəlikləri qəbul etdi: 2030-cu ilə qədər karbon emissiyalarını ən azı 50% azaltmaq, 2040-cı ilə qədər sıfır emissiyaya çatmaq, illik iqlim hesabatlarını ictimaiyyətə açıqlamaq, 12 ay ərzində konkret fəaliyyət planı təqdim etmək".

Klub prezidenti "Deloitte" ilə əməkdaşlığın rolunu da vurğulayıb:

"Bu prosesdə beynəlxalq tərəfdaşımız "Deloitte" ilə birgə klubun iqlim strategiyası hazırlanmış, bütün kommunikasiya və sənədləşmə işləri həyata keçirildi. Növbəti addımımız isə illik ESG (Environment, Social, Governance) hesabatlarının hazırlanmasıdır. 2025-ci ildən başlayaraq klubumuz hər il bu hesabatları təqdim edəcək. Hazırda ilk ESG hesabatımız üzərində işlər gedir və çox yaxın zamanda ictimaiyyətə təqdim olunacaq. Klubumuz üçün bu təşəbbüslər həm beynəlxalq etimadın göstəricisidir, həm də gələcək nəsillərə daha sağlam və davamlı bir mühit bəxş etmək öhdəliyimizin bariz sübutudur".

Kərimov bu əməkdaşlıq barədə fikirlərini bildirib: "Bu gün burada olmaq və Deloitte ilə "Qarabağ" Futbol Klubu arasında qurulan bu dəyərli tərəfdaşlıqdan danışmaq mənim üçün böyük qürurdur. Hər kəsə məlumdur ki, "Qarabağ" təkcə futbol meydanında qazandığı uğurlarla deyil, həm də ölkəmizi layiqincə təmsil edən, sosial məsuliyyət və dayanıqlı dəyərlərə önəm verən bir klub kimi artıq özünü sübut edib. "Qarabağ" Azərbaycan futbolunun pioneri və ilham mənbəyidir. “Deloitte”in məqsədi bu uğurlu yolun bir hissəsi olmaq, klubun gördüyü işləri daha da gücləndirmək və beynəlxalq miqyasda tanıtımını artırmaqdır. Biz dünyanın bir çox aparıcı idman qurumları – FIFA, UEFA, "Tottenhem", "City Football Group" və Beynəlxalq Olimpiya Komitəsi ilə əməkdaşlıq edirik. Bu təcrübəmiz bizə göstərib ki, idman yalnız oyun deyil, həm də cəmiyyətlərdə müsbət dəyişikliklərin aparıcı qüvvəsidir".

Kərimov klubun prezidentinə təşəkkür edib:

"COP29 zamanı başlayan əməkdaşlığımız da məhz bu ruhda davam edir. "Deloitte"in dəstəyi ilə “Qarabağ” artıq "İdman və İqlim Fəaliyyəti" təşəbbüsünün üzvü olub. Bizim rolumuz isə klubun atdığı bu addımları daha geniş platformalara daşımaq və dünyada səsini daha geniş miqyasda yaymaqdır. Cənab Tahir Gözələ xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onun vizyonu və rəhbərliyi sayəsində "Qarabağ" bu gün həm futbol meydanında, həm də dayanıqlı gələcək uğrunda mübarizədə nümunədir. Eyni zamanda "Qarabağ" komandasına da minnətdaram – sizin əzminiz və əməyiniz bu uğurları mümkün edib. Əminəm ki, bu tərəfdaşlıq sayəsində "Qarabağ"ın artıq mövcud olan liderliyi daha da möhkəmlənəcək. "Deloitte" olaraq, biz sadəcə dəstək verməyə yox, bu uğurları daha geniş auditoriyalara çatdırmağa gəlmişik".

Tədbirin sonunda Tahir Gözel və Nuran Kərimovun iştirakı ilə mətbuat konfransı keçirilib. Onlar media nümayəndələrinin suallarını cavablandırıblar.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

Facebookdan bizi izləməyi unutmayın.
X