15:09 26.09.2025 1303

AFFA-nın seçim anı: Xalqla, yoxsa klanla?

Portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan millisinin baş məşqçi postuna gətirilməsinin absurd qərar olduğunu öncədən proqnozlaşdıranlar zamanla haqlı çıxdılar və AFFA rəhbərliyi gec də olsa, yanlış yolla addımladığını anlayaraq əcnəbi çalışdırıcı ilə vidalaşdı. Əlbəttə, Santuş dönəmi yığmanın tarixinə qara hərflərlə yazılmış ən son hadisədir. Şübhəsiz, 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ilk turunda səfərdə İslandiyadan alınan rüsvayçı yenilgi (0:5) federasiya başbilənlərini yerli mütəxəssis variantı haqda düşünməyə vadar etdi. Yəqin ki, İslaniyaya 0:5 hesabı ilə yenilən milliyə Bakıda Ukrayna seçməsinə qarşı matçda da "tükənmiş qoca" rəhbərlik etsəydi, komandamız çox böyük ehtimalla, yenə uduzacaqdı. U-21-in baş məşqçisi Ayxan Abbasovun müvəqqəti çalışdırıcı qismində meydana çıxardığı kollektivin 1:1 hesablı heç-heçə sayəsində qazandığı xal legioner baş məşqçi ideyasının tərəfdarlarının səhv düşündüklərini, yerli futbolçu resurslarına yaxından bələd olmayan birinin Azərbaycan millisinə fayda verməyəcəyini növbəti dəfə isbatladı. Nəticəni bir kənara qoysaq, Ukrayna ilə matçda gördüyümüz fərqli istək, fərqli mübarizə ruhu azərbaycanlı futbolsevərlərin ürəyində yeni ümidlər cücərtdi. 

İndi nə baş verir?  

Ukrayna ilə görüşün ardından ölkə futbolunun gələcəyinə cavabdehlik daşıyan AFFA məmurlarının əcnəbi sevdasından əl çəkəcəklərini, komandanın yerli mütəxəssisə tapşırılacağını güman etmək çətin deyildi. Qurum rəsmilərinin U-21-in "sükanı arxası"nda olan Abbasovla danışıqlara başladıqları barədə yayılan xəbərlər millinin inkişafını arzulayanların hər birini sevindirdi. Lakin son vaxtlar tirajlanan informasiyalar bu yöndə vəziyyətin heç də ürəkaçan olmadığını düşünməyə əsas verir. Düzdür, AFFA ortaya konkret mövqe qoymayıb, nəyin necə olacağını rəsmən açıqlamayıb. Bununla belə, milli assosiasiyanın hələ Ayxan bəylə razılığa gəlmədiyi və seçmənin yenidən əcnəbi məşqçiyə tapşırıla biləcəyi haqda müxtəlif məlumatlara rast gəlirik. Təbii, Abbasovun əsas söz sahibləri ilə hansı məsələlərdə fikir ayrılığı yaşadığını dəqiqliklə yalnız özü və danışıq apardığı şəxslər bilir, amma bəlli olan budur ki, istənilən azərbaycanlıya normal şərtlər daxilində hörmətəlayiq əməkdaşlıq təklif edilsə, o, heç vaxt yaxasını kənara çəkməz. 

Baş katib əcnəbi istəmirsə... 

Hadisələrin gedişatını diqqətlə təhlil etsək, yeni rəhbərlik əcnəbi variantının tərəfdarı deyil və bu strategiyanın gələcəkdə daha ciddi biabırçılıqlara yol açmaq ehtimalının fərqindədir. Prosedur qaydalarına uyğun olaraq, prezident Rövşən Nəcəfin tapşırığı ilə hazırda danışıqlara baş katib Cahangir Fərəcullayevin rəhbərlik etdiyi də məlum həqiqətdir. Bəs yaxşı, indiki idarəçilər əcnəbi istəmirlərsə, bu xəbərlər mediaya hansı məqsədlə və kim tərəfindən sızdırılır? Şübhəsiz, "köhnə qvardiya"nın AFFA-dan "təmizlənməyən" və bu günədək proseslərə müdaxilə gücünü itirməyən nümayəndələri yenə öz işlərindədir. Boz kardinalın qoxusu həqiqətən çox tanış və çox itələyicidir. Bizə yalnız köhnə klanın yeni rəhbərliyin fikrinini dəyişə bilməyəcəyinə və indiki idarəçiləri tutduğu yoldan yayındırmayacağına ümid etmək qalır. Sirr deyil ki, əcnəbi baş məşqçi təyinatı qısa zaman kəsiyində məhz indiki rəhbərliyi qınaq obyektinə çevirəcək və AFFA-ya yönələn tənqidlər artacaq. Köhnə klanın müxtəlif "kreslolar"da qalan adamlarına da elə bu lazımdır. Beyinlərdə "əvvəlkilər daha uğurlu idi" və buna bənzər fikirlər formalaşdırmaqdan daha effektli nə ola bilər ki?

Başqa yerlilər də var 

Birinci zonada kompakt müdafiə ilə nəticə qazanmağı bacaran, məharətini bu gün "Şamaxı"da olduğu kimi, əvvəl işlədiyi klublarda da isbatlayan Abbasov milliyə istənilən əcnəbidən çox fayda verər. Ancaq bu o demək deyil ki, ölkədə Ayxan bəydən başqa seçməyə normal futbol oynadacaq biri tapılmır. Ola bilsin ki, "Qarabağ"ın sabiq futbolçusuna həm "Şamaxı"da, həm də millidə işləmək əlavə çətinlik yaradar. Digər tərəfdən, o, hazırda məhz U-21-in bazası sayılan klubda çalışır. Yəni sözügedən çalışdırıcını U-21-dən "qoparmaq" da müəyyən fəsadlara yol aça bilər. Tutaq ki, Ayxan bəy tsiklin sonuna qədər əsas yığmada işləmək niyyətində deyil və yalnız daimi əsasda uzunmüddətli müqaviləyə razılıq verir. Burada anlaşılmayan nə var ki? Adam öz məşqçilik nüfuzunun zərbə altına düşməsindən ehtiyatlanır. Sözügedən mütəxəssisdən yığmanı yer aldığı çox ağır qrupda Fransa ilə matçlara, Ukrayna ilə səfər, İslandiya ilə ev oyununa çıxarmaq və postunu başqasına vermək tələb olunursa, onu anlamaq asandır.

Sabiq italiyalı baş məşqçisi Canni De Byazinin istefasından sonra seçmənin yükünü müvəqqəti çalışdırıcı qismində çiyinlərinə götürən Arif Əsədova və ya başqasına şans vermək olar. "Neftçi" ilə Azərbaycan çempionu olan, U-19-un tarixinə elit mərhələyə ilk vəsiqə qazanmış məşqçi kimi düşən Əsədovun De Byazinin köməkçisi kimi qazandığı təcrübənin effektini hər birimiz gördük. 55 yaşlı mütəxəssis Bakıda Monqolustan üzərində 1:0 hesablı qalibiyyətə və Bolqarıstanla 1:1-lik heç-heçəyə nail oldu. Onun növbəti 2 sınağı 2024-cü ilin iyununda Macarıstanda qeydə alındı. İlk matçda Albaniyaya 1:3 hesablı yenilgiyə baxmayaraq, milli əla futbolla diqqət çəkdi, dörd gün sonra isə Qazaxıstanı 3:2 məğlub etməyi bacardı. Buna rəğmən, AFFA tərəfindən baş məşqçi kimi ona şans verilməməsi bir yana, Santuşun təyinatından sonra assistent işindən də məhrum edildi. Niyə? Qurban Qurbanov və ya Rəşad Sadıqovla əməkdaşlıq indki durumda alınmırsa, məhz Əsədov variantı ən real, ən əlçatan deyilmi?

Son söz əvəzi

Qeyd etdiyimiz kimi, hələ AFFA qərarını qətiləşdirməyib. Bir yandan yerli mütəxəssislə danışıq gedir, o biri yandan uzun müddət xalqın əsəbləri ilə oynamış köhnə klan fürsətdən faydalanmağa can atır. Ümid edək ki, bu dəfə şəxsi mənfəətini güdənlərin arzuları həyata keçməyəcək və milli assosiasiyanın indiki bossları ən vacib anda fiaskoya uğrmayacaqlar. Bunun yeganə yolu isə əcnəbi mütəxəssis fikrini yaxın buraxmamaqdır.

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

28 İyun 2026
01:06

“Bu istəklə və templə davam edəcəyik” -Qurban Qurbanov

00:41

Meyson Qrinvud qərarını verdi: "Fənərbağça", yoxsa "Roma"?

00:02

Rafael Fiziyev 100 min avro qazandı

27 İyun 2026
23:42

"Beşiktaş" Kassum Ouattara transferində sona yaxınlaşır

23:15

UFC Bakı: Rafael Fiziyev ikinci raundda Manuel Torresi nokaut etdi

22:11

DÇ-2026: Argentina, Portuqaliya və İngiltərə növbəti sınağına çıxır

21:48

Qətərdən dünya çempionatında görünməmiş jest

21:43

“Neftçi”nin yeni mövsüm ev forması – “Əfsanə zolaqlı”

21:06

"Çelsi" 55 milyon avroluq transferi bitirir

20:59

Yeni transfer "coşdu", "Qarabağ" darmadağına sevindi

20:12

Fərman Həsənov parlaq qələbədən sonra nə danışdı?

20:09

Məsut Özil TFF prezidentliyinə namizəddir

19:30

"Fənərbağça" Tovuza gəlir

19:11

Okan Buruk "Qalatasaray"a Omar Marmuşu istəyir

18:54

"Brentford" Ceydon Entonini 20 milyon funt-sterlinqə transfer edir

18:03

Tahir Abdullayev: Mən ona "kişi kimi döyüş, qaçma" dedim"

17:50

"Barselona"nın yarımmüdafiəçisi İtaliya yolunda - SON DURUM

17:02

"Neftçi" hazırlığın ilk mərhələsini yekunlaşdırdı

16:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:13

"Pley-offda Argentina və Messiyə qarşı oynamaq imkanı möhtəşəmdir" - Kabo-Verdenin baş məşqçisi

15:48

Bakıda UFC həyəcanı: Rafael Fiziyev meksikalı döyüşçüylə qarşılaşır

15:01

Uruqvayı "dəfn edən" Muslera üzr istədi: "Uğursuzluq növbəsi mənim idi"

14:30

İran millisinin üzvü Misirlə oyunun ən yaxşısı seçildi

14:04

"Qarabağ"ın Avstriya təmsilçisi ilə oyununu hansı kanal yayımlayacaq?

13:45

"Uruqvay futboluna heç nə verə bilmədim" - Byelsa

13:16

Leandro Andrade "Qarabağ"dan getdi - Yeni klubu da bəllidir

12:47

"Komandam nadir hallarda qol buraxır" - De la Fuente

12:03

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

11:44

Yeni Zelandiya - Belçika matçının ən yaxşı futbolçusu bilindi

10:02

21-ci əsrdə DÇ-də Kabo-Verde kimi komanda olmamışdı - Rekord

09:39

DÇ-2026: Pley-offa yüksələn komandaların sayı 22-yə çatdı, 9 cüt müəyyənləşdi

09:05

DÇ-2026: İspaniya Uruqvayı "evə göndərdi", Belçika 1/16-ə darmadağınla yüksəldi, İran isə...

01:06

DÇ-2026: Fransa millisi darmadağına sevindi, Seneqaldan İraqa 5 cavabsız top

00:33

"Real Madrid"də şok ayrılıq

00:14

ABŞ DÇ-2038-ə ev sahibliyi etmək niyyətindədir

26 İyun 2026
23:57

Arda Güler karyerasını harada davam etdirəcək?

23:11

Lyubomir Tupta "Neftçi"də - RƏSMİ

22:53

Neymar ABŞ-yə getməkdən imtina etdi: Danışıqlar dayandırıldı

22:24

Karlo Ançelotti Braziliya himnini öyrənir: Avtobusda xüsusi tapşırıq

21:47

Tçuameni "Mançester Yunayted"ə yaşıl işıq yandırdı

Facebookdan bizi izləməyi unutmayın.
X