Qvardiola Rodrinin zədəli dizində problem yarandığını açıqladı

Qvardiola Rodrinin zədəli dizində problem yarandığını açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola ciddi zədə səbəbindən ötən mövsümün böyük hissəsini boşa verən Rodrinin məşqdə zədəli dizində ağrı hiss etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Rodri məşqdə dedi: "Mən oynayacaq durumda deyiləm. Dizimdə bərk ağrı var". Cavabım isə belə oldu: "Oynaya bilməyəcəksən? Onda oynamırsan. Yerinə başqası oynayacaq". Ağrıyan onun əvvəl zədələdiyi dizidi idi".

Xatırladaq ki, Rodrinin MS ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı İspaniya millisinin yarımmüdafiəçisinin transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər