Murillo İngiltərə nəhənginə keçə bilər

Murillo İngiltərə nəhənginə keçə bilər

"Nottingem Forest"in braziliyalı futbolçusu Murillo İngiltərə nəhənginə keçə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Daily Express" yayıb.

Məlumata görə, "Çelsi" gələn ilin yanvarında "Kristal Pelas"dan Mark Qehini transfer edə bilməyəcəyi təqdirdə, Murillonun klubuna təklif göndərəcək. Mənbə "Kristal Pelas"ın kapitanının "Real Madrid" və "Liverpul" kimi klublardan birini seçmək ehtimalının daha yüksək olduğunu vurğulayaraq "zadəganlar"ın böyük ehtimalla,  məhz "meşəbəyilər"in 23 yaşlı oyunçusu ilə güclənməyə çalışacaqlarını  bildirib.

Qeyd edək ki, Murillo "Nottingem Forest"ə 2023-cü ildə "Korintians"dan transfer olunub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər