
"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xoni Montielin yaşıl meydanlarda nə vaxt gözə dəyəcəyi yerli futbol ictimaiyyətini maraqlandıran əsas mövzulardan biridir.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, o, hələ də kollektiv məşqlərə başlamayıb.
Klub rəsmisi Montielin fərdi proqram üzrə çalışdığını vurğulayıb.
Xatırladaq ki, Azərbaycan təmsilçisində 9 nömrəli formanı geyinəcəyi bəlli olan 27 yaşlı Xoni yeni komandasında debüt etmədən sıradan çıxıb.
Nihat