Vüqar Nadirov "Göygöl"ə məğlubiyyəti dəyərləndirdi

Vüqar Nadirov "Göygöl"ə məğlubiyyəti dəyərləndirdi

Azərbayca Kubokunun 1-ci təsnifat mərhələsində "Göygöl"ə 1:0 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Şəmkir"in baş məşqçisi Vüqar Nadirov yenilgini şərh edib.

Azərbaycan millisinin sabiq forvardı fikirlərini Fanat.Az-a bölüşüb:

"Oyundan öncə də demişdim ki, kubok oyunu buzim üçün xüsusi əhəmiyyət daşımır. Az oynayan futbolçulara şans vermişdik ki, oyun praktikası qazansınlar. Eləcə də bəzi əsas heyət üzvlərinə istirahət imkanı yaratmışdıq. Heyətimiz geniş deyil və real yanaşsaq, bir 2-ci Liqa komandası bu turnirdə qarşısına ciddi hədəflər qoya bilməz. "Şəki Siti"yə qarşı çətin çempionat oyunumuz var. Daha çox o matçı düşünürük".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər