"Quba"dan ayrılmaq qərarım..." - Rüstəm Nuriyev səbəbi dedi

"Quba"dan ayrılmaq qərarım..." - Rüstəm Nuriyev səbəbi dedi

10-a yaxın futbolçunun 2-ci Liqa təmsilçisi "Quba"dan ayrıldığını, üstəlik, baş məşqçi Elvin Həsənovun da iş yerini dəyişərək "Şəki Siti"nin "sükanı arxası"na keçdiyini bilirsiniz. Quba təmsilçisindən gedən oyunçulardan biri də müdafiəçi və dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən 25 yaşlı Rüstəm Nuriyevdir. Rüstəmlə əlaqə saxlayıb komandadan getməsinin səbəbini öz dilindən eşitdik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Quba"dan ayrılmaq qərarım daha çox ailə vəziyyətimlə bağlıdır. Açığı, ora gedəndən sonra hiss etdim ki, evimə daha yaxın olmalıyam. Düzdür, çətinliklər olub, amma reallığı nəzərə alsaq, bunlar başadüşüləndir. Maaşım da verilib. Rəhbərliklə hər hansı problemim yoxdur. İndi də əlaqə saxlayırıq. Şəxsən mənə klubun prezidenti Ayaz Abdullayevin bir pisliyi keçməyib. Getmək qərarını özüm vermişəm. Hazırda ailə qurmağa hazırlaşıram. Gerisinə baxacağıq. "Quba"ya uğurlar arzulayıram".

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər