
1-ci Liqanın 7-ci turu çərçivəsində bu gün "Mingəçevir"i səfərdə 3:2 hesabı ilə məğlub edən "Şəfa" şəriksiz lider mövqeyini qorudu. Bakı təmsilçisinin baş məşqçi postunu tutandan bəri rəsmi matçda yenilməyən, son qələbə sayəsində məğlubiyyətsiz oyunların sayını 21-ə çatdıran Elgiz Kərəmli ilə əlaqə saxlayıb "işıqçılar"la görüşü dəyərləndirməsini istədik.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Çox ağır oyun oldu. Səfərdə "Mingəcevir"ə qarşı oynamaq asan deyil. Uzun müddətd idi ki, evdə məglub olmurdular. Səfərdə oynamağımıza baxmayaraq, oyuna nəzarət etməyi bacardıq. Buraxdığımız ikinci qoldan sonra əvəzetmələrlə hücumu gücləndirdik və bunun nəticəsi olaraq, sonda qələbə qolunu vura bildik. Çox vacib 3 xal qazandıq. Futbolçularımıza təsəkkur edirəm. Həm inamli həm də əzmkar idilər. Azarkeşlərimizə də təsəkkür edirəm ki, uzun yol qət edərək bizi dəstəksiz buraxmadılar. Onların dəstəyinə hər zaman ehtiyacımız var. Liderliyimizi davam etdiririk. Çalışacağıq ki, stabilliyi qoruya bilək".
Nihat