Bu gecə UEFA Çempionlar Liqasında əsas mərhələsinin 4-cü turunun oyunlarından sonra turnir cədvəlində yerdəyişmələr olub.
Fanat.Az xəbər verir ki, bu mərhələdə Bakıda İngiltərə nəhəngi "Çelsi" ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan çempionu “Qarabağ” hazırda 7 xalla 15-ci sırada mövqe tutub.
İlk turda parlaq geridönüşlə səfərdə "Benfika"nı üstələyən (3:2), 2-ci turda "Kopenhagen"i inamla yenən (2:0), ardından Bilbaoda "Atletik"ə uduzan (1:3) "köhlənlər" hazırda 7 xalla 15-ci yerdədirlər. 11-ci sıradakı "Barselona", Kataloniya komandasını təqib edən "Çelsi", 13-cü olan "Sportinq", 14-cü sıradakı Dortmund "Borussiya"sı da 7 xala malikdir. Daha bir 7 xalı olan kollektiv Qurban Qurbanovun komandasından sonrakı sıradakı "Atalanta"dır.

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komandalar 1/8 finalda, 9-24-cü yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar. Mübarizəni 25-36-cı pillələrdə bitirənlər isə Avropa səhnəsi ilə vidalaşacaqlar.
Nihat