
Misli Premyer Liqasının (MPL) 11-ci turunda öz meydanında "Turan Tovuz"la qolsuz bərabərliyə razılaşan "Zirə"nin milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dönəmindəki hazırlıq planları bəlli olub.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Turan Tovuz"la oyundan sonra istirahətə buraxılan komanda dünəndən məşqlərə başlayıb. Qismət Alıyev, Aydın Bayramov və Ceyhun Nuriyev Azərbaycan millisinin, Quima isə Mozambik yığmasının düşərgəsindədir. Yoxlama oyunu planlaşdırılmayıb".
Qeyd edək ki, "Zirə" MPL-in 12-ci turunda "Qəbələ"ni qəbul edəcək.
Nihat