
"Karvan-Yevlax"ın zədəli müdafiəçisi Süleyman Əhmədovun yaxın vaxtlarda sıraya dönəcəyi gözlənilmir.
Bu Barədə Fanat.Az-a "ağ-qaralar"ın sözçüsü Bəhruz Musayev məlumat verib:
"Qapıçı Pedru Mateuş, müdafiəçi Süleyman Əhmədov və hücumçu Coy Sleyd Mikels hələ də məşqlərdə iştirak etmirlər. Süleymanın qasıq nahiyəsindən aldığı xəsarət yetərincə ciddidir. Böyük ehtimalla, əməliyyat qaçılmaz olacaq. Digər futbolçular "Kəpəz"lə oyunun hazırlıqlarını davam etdirirlər".
Qeyd edək ki, "Karvan-Yevlax" - "Kəpəz" qarşılaşması Yevlax şəhər stadionunda keçiriləcək. Misli Premyer Liqasının 12-ci turu çərçivəsində noyabrın 21-də reallaşacaq qarşılaşmanın start fiti 14:00-da səsləndiriləcək.
Nihat