
1-ci Liqa təmsilçisi "Mingəçevir"də vəziyyət gərgindir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, klubun əməkdaşları sentyabr və oktyabr aylarının maaşını almayıblar.
Futbolçulara əməkhaqqı verilsə də, Ramiz Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusu da daxil olmaqla, aran təmsilçisinin işçilərinin heç biri son iki ayın məvacibini görməyiblər.
Qarşısına çempionluq məqsədi qoyulan, hazırda 13 xalla turnir cədvəlinin 3-cü pilləsində mövqe tutan kollektivin gələcəyinin necə olacağı bilinmir. Bilinən budur ki, klubun əməkdaşlarının da səbr kasası daşmaq üzrədir. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionun işçilərindən tutmuş, idman direktoru Zaur Qarayevə qədər hər kəs belə desək, partlama həddindədir.
Nihat