
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"yə qarşı oyundan öncə sevindirici xəbər alıb.
Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, bir müddət zədədən əziyyət çəkən hücumçu Musa Qurbanlı sıraya dönüb.
Komandanın məşqlərində iştirak edən Musa bu gün "Sumqayıt"a qarşı rəqib meydanında keçirəcəkləri Premyer Liqa matçında da meydana çıxa bilər. Forvardın oynayıb-oynamayacağı baş məşqçinin qərarından asılıdır.
Xatırladaq ki, noyabrın 25-dən 26-na keçən gecə “Dieqo Armando Maradona” stadionunda baş tutacaq "Napoli" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Nihat