
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda baş tutacaq "Napoli" - "Qarabağ" oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, görüşdə ədaləti polşalı referi Şimon Martsinyak qoruyacaq.
Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Mik yerinə yetirəcək.
VAR hakimi niderlandlı Pol van Bokel, AVAR hakimi xorvatiyalı İvan Bebek olacaq.
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 00:00-da start götürəcək.