
1-ci Liqanın şəriksiz lideri "Şəfa" 8-ci turda öz meydanında "Difai" ilə bərasbərliyə razılaşdı - 1:1. Xal itkisinə rəğmən, mövqeyi dəyişməyən Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyunu şərh etməsini istədik.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Qələbə qazanaraq lider mövqeyindəki yerimizi bir qədər də möhkəmləndirmək istəyirdik, lakin istəmədiyimiz xal itkisi ilə üzləşdik. Oyundan öncə də vurğulamışdım ki, çempionatda asan oyun olmur. Hər bir rəqibin, hər bir oyunun öz çətinliyi var. Bu da özlüyündə çempionata xüsusi maraq qatır. Matça gəlincə, istədiyimiz futbolu numayiş etdirdik. Oyuna nəzarət bizdə idi. Çox sayda qol fürsəti yaratmağımıza baxmayaraq, yaxaladığımız imkanları dəyərləndirə bilmədik. Belə oyunlar olur, olacaq da. Əsas odur ki, növbəti qarşılaşmalarda yenə istədiyimiz oyunu numayiş etdirib lazim olan xalları qazanaq".
Nihat