
UEFA AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərova növbəti dəfə etimad göstərib.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti məlumat yayıb.
Cəfərov UEFA Gənclər Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində noyabrın 26-da keçiriləcək "Srvena Zvezda" (Serbiya) – "Jilina" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Belqraddakı "Rayko Mitiç" stadionunda baş tutacaq.