
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək "Zirə"nin oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.
Bu barədə Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Gürcüstanlı hücumçu Davit Volkov zədə səbəbindən "Neftçi"yə qarşı oynaya bilməyəcək. Yeganə itki Volkovdur".
Qeyd edək ki, "Zirə" - "Neftçi" qarşılaşmasının start fiti 19:00-da səsləndiriləcək. Qəsəbə təmsilçisi mübarizəyə 1/8 finaldan başlayacaqsa, "ağ-qaralar" 2-ci təsnifat mərhələsində 1-ci Liqa təmsilçisi MOİK-i 6:2 hesabı ilə məğlub ediblər.
Nihat