
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Araz-Naxçıvan"ın qonağı olacaq "Kəpəz" oyunun hazırlıqlarını davam etdirir.
Klubdan Fanat.Az-a verilən məlumata görə, Gəncə təmsilçisinin cəzalı oyunçusu yoxdur.
Naxçıvan təmsilçisinə qarşı oyunda yalnız bir futbolçu iştirak etməyəcək ki, o da bir müddət öncə əməliyyat olunan yarımmüdafiəçi Mahamadu Badır.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" matçı dekabrın 4-də keçiriləcək. "Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat