
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Difai"nin qonağı olacaq "Sumqayıt" 1-ci Liqa təmsilçisinə qarşı matçın hazırlıqlarını davam etdirir.
"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, Saşa İliçin rəhbərlik etdiyi kollektiv kubok qarşılaşmasına itkisiz çıxacaq:
"Cəzalı oyunçu yoxdur. Uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan müdafiəçi Ayxan Süleymanlını nəzərə almasaq, zədə səbəbindən də hansısa futbolçu "Difai" ilə oyunu kənardan izləməyəcək".
Qeyd edək ki, "Difai" - "Sumqayıt" görüşü dekabrın 4-də baş tutacaq. İliçin komandası Sumqayıt şəhər stadionunda nominal qonaq qismində mübarizə aparacaq. Oyunun start fiti 19:00-da səsləndiriləcək.
Nihat