
Azərbaycanı UEFA Çempionlar Liqasının əsas mərhələsində layiqincə təmsil edən "Qarabağ"ın futbolçularının adları sayılıb-seçilən xarici klublarla yanaşı çəkilir. Onlardan biri də cinah müdafiəçisi Toral Bayramovdur. Onun Dortmund "Borussiya"sına transfer olunacağı bildirilir. Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın baş direktoru Əmrah Çəlikləllə əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Məndə belə bir məlumat yoxdur. Bəlkə də menecerlər maraqlanıblar. Amma "Borussiya" bizə nə rəsmi təklif göndərib, nə də şifahi şəkildə müraciət edib. Toralın "Qarabağ"la müqaviləsi var".
Qeyd edək ki, "Qarabağ" ÇL-dəki növbəti matçını öz meydanında "Ayaks"a qarşı keçirəcək. Dekabrın 10-da baş tutacaq görüşün start fiti 21:45-də səsləndiriləcək.
Nihat