
Azərbaycanın futbol klublarından biri bəd xəbər alıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Şəki Siti"nin məşqçi və futbolçu heyəti komandanın maliyyə problemindən qurtulacağını gözləsələr də, sponsorundan - "Flybast"ın direktoru Rövşən Abdullayevdən üzücü cavab alıblar.
Belə ki, PFL rəhbərliyi ilə görüşən Abdullayev titul sponsorluğundan, başqa sözlə, komandaya maliyyə ayırmaqdan imtina edib.
Bu isə o deməkdir ki, mövsüm başlayanda 2-ci Liqada çempion olmağı hədəfləyən "Şəki Siti" iddiasından əl çəkməyə yaxındır.
Xatırladaq ki, Şəki təmsilçisini Elvin Həsənov çalışdırır. Komanda 3 aya yaxındır ki, maaş almır, son oyunlara məşq etmədən çıxır.
Nihat