
Misli Premyer Liqasında XVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Şamaxı" isə səfərdə "Araz-Naxçıvan"ın qonağı olub.Meydan sahibləri inamlı qələbəyə seviniblər.
Matçdan sonra keçirilən mətbuat konfransında Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev fikirlərini jurnalistlərlə bölüşüb:
"Ağır oyun alındı. Yaxşı mübarizənin şahidi olduq. “Şamaxı” da yaxşı, mobil komandadır. Bu gün futbol adına yaxşı oyuna şahidlik etdik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Əzmkar qələbə qazandılar. Onları qarşıdan gələn bayramlarını təbrik edirəm. Ümid edirəm ki, komanda şəklində yeni ildən daha yaxşısını, daha da artığını etməyə çalışacağıq.