23:30 30.12.2025 447

Qələbələr, rekordlar, emosiyalar: "Qarabağ"ın unudulmaz 2025-i

"Qarabağ" klubu üçün 2025-ci il yadda qalan uğurlar, tarixi nəticələr və unudulmaz anlarla əlamətdar oldu.

Fanat.Az "Qarabağ" üçün 2025-ci ilin 11 ən əlamətdar məqamını təqdim edir:

“Qarabağ”dan “Flamenqo”ya

Komanda növbəti səs-küylü transferi gerçəkləşdirib. Parlaq oyunu və qolları ilə azarkeşlərə sevinc bəxş edən Olavio Juninyo “Flamenqo”ya transfer olunub. Avropanın bir sıra klublarının, o cümlədən “Sevilya”nın heyətinə qatmaq istədiyi 28 yaşlı hücumçu Braziliyaya qayıtmağa üstünlük verib. 2023-cü ilin yayından komandanın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, komanda ilə ölkə çempionu olub, çempionatın bombardiri və kuboku qalibi adına yiyələnib.
 
Ardıcıl 5-ci, tarixdə 12-ci çempionluq 

Komanda 2024/25 mövsümündə Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib. Bu, ardıcıl 4-cü, klub tarixində 12-ci çempionluq olub. Komandamız bunadək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçi Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.


“Qarabağ”dan yeni rekord

2024/25 mövsümünü çempion kimi tamamlayan komanda kubokda da finala qədər irəliləyib. Ardıcıl ikinci dəfə həlledici matça vəsiqə qazanan “Qarabağ” tarixində 12-ci dəfə final həyəcanı yaşayıb. Bununla da komandamız turnirin tarixində mütləq rekorda imza atıb. “Qarabağ” Azərbaycan kubokunun finalında ən çox oynayan komanda adına sahib çıxıb.

10-cu dəfə “Qarabağ”lı
Komandanın futbolçusu Leandro Andrade Misli Premyer Liqasında 2024/25 mövsümünün bombardiri olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb. Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə bu ada komandanın futbolçusu layiq görülüb.

Tarixi uğur

Azərbaycan futbolu tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn yeganə klub olan ‘Qarabağ’ 2017/18 mövsümündə əldə etdiyi uğuru təkrarlayıb. 8 il əvvəl qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ‘Qarabağ’ bu dəfə liqa formatlı yarışda iştirak hüququ əldə edib.  Pley-offda Macarıstan təmsilçisi “Ferensvaroş”u mübarizədən kənarlaşdıran komanda bununla da qitənin ən güclüləri ilə daha 8 matç keçirmək imkanı qazanıb.
 
Prezidentin daimi diqqət və qayğısı

Prezident İlham Əliyev hər zaman olduğu kimi 2025-ci ildə də kluba dəstəyini nümayiş etdirib. Daim “Qarabağ”a diqqət və qayğı ilə yanaşan dövlət başçısı komandaya pley-offda “Ferensvaroş” səddini keçərək Liqa mərhələsinə çıxdıqdan sonra sərəncam imzalayıb. “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncama əsasən, UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5,0 (beş) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Prezident İlham Əliyev həm “Ferensvroş”la cavab oyunu, həm də Liqa mərhələsinin “Benfika” və “Kopenhagen” üzərində qazanılan qələbələrindən sonra təbrik paylaşımı edib.


Azərbaycan futbolunda ilk

Komandamız Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. “Qarabağ” buna Liqa mərhələsinin I turunda imza atıb. Portuqaliyada “Benfika” ilə görüşən komandamız 2 qol buraxaraq məğlub duruma düşsə də, Lissabondan əzmkar qələbə ilə dönüb – 3:2. Bu, ölkə futbolu tarixinə Çempionlar Liqasının əsas raundundakı ilk qələbə kimi düşüb.

İki oyun, iki ilk: Bikalyo və Cəfərquliyev tarixə düşdü

Çempionlar Liqası tarixində ilk dəfə Azərbaycan klubunun futbolçusu oyunun ən yaxşısı seçilib. Komandamızın yarımmüdafiəçisi Pedro Bikalyo Liqa mərhələsinin “Benfika” ilə səfər matçında bu mükafata sahib çıxıb. Növbəti turda da ilk yaşanıb. Elvin Cəfərquliyev bu ada layiq görülən ilk azərbaycanlı futbolçu olub. O, “Kopenhagen”lə ev görüşündə fərqlənib.

Dünya çempionu Bakıda

Komandamız Çempionlar Liqasının Liqa mərhələsində ardıcıl iki ev oyununda xal qazanıb. “Kopenhagen” üzərində qələbənin ardınca rəqib klublararası dünya çempionatının yeni qalibi “Çelsi” olub. İngiltərə klubu ilə başabaş mübarizə aparan “Qarabağ” dünya çempionu ilə sülhə imza atıb. Bu, həm də futbolun yaradıcısı olan İngiltərə təmsilçilərindən alınan ilk xal olub.

İlin ən yaxşıları

Komandamızın il ərzində qazandığı nailiyyətlərə görə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə də mükafatlandırılıb. Klubumuz 2024/25 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanması, ardıcıl 12-ci dəfə avrokubokların əsas mərhələsinə yüksəlməsi, Çempionlar Liqasında ikinci dəfə ən güclülər sırasında yer alması iki mükafatın təqdim olunmasına əsas verib. Bu uğurların nəticəsində "Qarabağ" İlin ən yaxşı kişi komandası seçilib. Komandamızın baş məşqçisi Qurban Qurbanov İlin ən yaxşı kişi məşqçisi adını qazanıb.
 
“Top-100”də

Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dünya reytinqində ölkəmizin ən yaxşı təmsilçisidir. 2025-ci ilin yanvarında 81-ci olan “Qarabağ” dekabrdakı cədvəldə planetin 68-ci komandasıdır. “Top-100”də möhkəmlənən komandamız noyabrda 65-ci sırada yer alıb. Bu göstərici Avropa və dünyanın bir sıra tanınmış klublarını arxada qoymaq üçün yetərli olub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2026
03:11

İlham Yadullayevlə bağlı yekun qərar bilindi

01:32

Arda Mourinyunun gözünə girmək üçün nə edəcək?

00:42

İstanbul nəhəngi 71 milyonluq transferin astanasında

22 İyun 2026
23:49

Messidən unudulmaz vida matçı

23:01

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22:36

Mundialda ekstremal hava təhlükəsi

22:16

Fərid Qayıbov ilə Allaberdi Saparov işçi qrupunun Bakı səfərini müzakirə ediblər

21:42

Messi Klozeni geridə qoyub rekordçu oldu

21:05

"Çelsi"dən "Liverpul"un ulduzuna qarmaq

20:48

"Tottenhem" Reşford üçün hərəkətə keçdi

20:18

Dünya çempionatında şok iddia

19:51

DÇ-2026-da tribunalarda inanılmaz rekord! — Stadionlar tam dolur

19:12

"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

18:42

Sosial şəbəkələri çalxalayan "Süni intellekt" davası - FIFA məsələyə nöqtə qoydu

18:22

"Mançester Yunayted" zərərə razı oldu

17:53

Azərbaycan teleməkanında ilk - DÇ oyunlarını xanımlar da şərh edəcək

17:44

Hələ Salah kimisi olmamışdı

17:32

Qazaxıstan yığmasının baş məşqçisi postundan getdi - RƏSMİ

17:13

Yamal qol vurdu, İspaniya yığması unikal rekorda imza atdı

16:54

Almaniya millisinin üzvü üçün mundial erkən bitdi

16:35

"Qısa müddətdə qapınızda üç qol görürüsünüzsə..." - Səudiyyə Ərəbistanının baş məşqçisi

16:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:15

Azərbaycan millisi Tacikistanla qarşılaşacaq

15:57

"Biz hələ də tarix yazmağın bir addımlığındayıq" - Yeni Zelandiya yığmasının çalışdırıcısı

15:29

"Qarabağ" daha iki futbolçusu ilə yollarını ayırdı

15:11

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada 7 medal qazandılar

14:53

AFFA-nın "bonus fondu"ndan kim nə qədər qazandı? - MƏBLƏĞ

14:32

"Nail olduğumuz nəticədən razıyıq" - Kabo Verdenin baş məşqçisi

13:49

"İmişli" yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoydu - RƏSMİ

13:27

"Bəxtimiz gətirdi ki, azlıqda qalan Belçikaya uduzmadıq" - İran millisinin baş məşqçisi nədən narazı qaldığını açıqladı

13:09

"Ümid edirəm ki, Avstriya zəif cəhətlərimizi tapmayacaq" - Lionel Skaloni

12:48

Azərbaycan millisi Çexiya və Latviya ilə neçə dəfə qarşılaşıb? - STATİSTİKA

12:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:55

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

11:37

Elvin Cəfərquliyev "Qarabağ"a döndü, Azərbaycanı tərk etdi - VİDEO

11:16

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X