
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski klub rəhbərliyi ilə görüşüb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanovla aldığı təkliflər barədə ikilikdə söhbət edən polşalı qolkiper ardında "köhlənlər"in idarəçiləri ilə də eyni səbəbdən bir araya gəlib.
O, görüş zamanı menecerlər vasitəsi ilə aldığı təkliflərə rəğmən, "Qarabağ"da xoşbəxt olduğunu, UEFA Çempionlar Liqasında oynamaq arzusuna məhz Azərbaycan təmsilçisində çatdığını vurğulayıb. Tərəflər müqavilə yeniləməyin perspektivlərini də müzakirə ediblər. Ağdam təmsilçisi ilə indiki sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan əcnəbi "çərçivə" qoruyucusu fərdi inkişafına yardımçı olan klubun mənafeyini öndə tutduğunu bildirib. O, gələcəkdə gedəcəyi halda belə, "Qarabağ"a böyük məbləğdə pul qazandırmaq istədiyini deyib.
Qeyd edək ki, "Qarabağ" ÇL-in əsas mərhələsində növbəti matçını 7-ci tur çərçivəsində Bakıda "Ayntraxt"a qarşı kefirəcək. Hazırda 7 xalı olan "ağ-göylər" pley-offa yüksəlmək şansını qoruyur.
Nihat