
"Kəpəz" heyətinə qatmaq istədiyi cinah hücumçusu ilə razılığa gələ bilməyib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi müqavilə ilə "Sabah"a məxsus olan cinah hücumçusu Camal Cəfərovu rənglərinə bağlamağa çalışsa da, keçidi reallaşdırmaq mümkün olmayıb.
Belə ki, əsasən "Sabah"ın əvəzidici komandasında çıxış edən 23 yaşlı ön xətt oyunçusu bölgədə oynamaq variantına isti yanaşmayıb.
Xatırladaq ki, Cəfərov ötən mövsüm "Kəpəz"də icarədə olub.
Nihat