14:05 04.02.2026 1540

"Qarabağ" hamı üçün, hərə isə özü üçün

Azərbaycan futbolunda ilklərə imza atmağa davam edən "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Əlbəttə, Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində 10 xal toplaması yerli futbol ictimaiyyətinin mümkünsüz hesab etdiyi uğurun reallaşması anlamındadır. Razılaşaq ki, ÇL-in püşkatmasından sonra Qurban Qurbanovun komandasının "Benfika", "Kopenhagen", Bilbao "Atletik"i, "Çelsi", "Napoli", "Ayntraxt" və "Liverpul" kimi rəqiblərlə duellərdən sonra pley-offda olacağına yalnız ən nikbin fanat inanardı. Həmin mətbuata açıqlamalar verən, proqnozlar səsləndirən mütəxəssislər də təmsilçimizin layiqli mübarizə aparmaq şansını vurğulayır, "köhlənlər"in real potensialının xəyalları reallaşdırmağa bəs edəcəyindən danışmağa cəsarət etmirdilər. Lakin illərdir boyundan yuxarı tullanmaq bacarığı ilə tanınan, futbolda doğru yanaşmanın, oturuşmuş sistemin effektini dəfələrlə ortaya qoyan, hamımızın futbol təfəkkürünü dəyişən Azərbaycan çempionu daha bir tarix yazdı. Bunun ölkə idmanının beynəlxalq nüfuzu adına hansı sambalda uğur olduğunu yenidən incələməyə çalışmağa belə, dəyməz. Bəli, "Qarabağ" artıq pley-offda, yəni turnirin 1/16 final mərhələsindədir və təmsilçimizi "Nyukasl"la iki ağır duel gözləyir.

Onlar hara, biz hara...

Bəlli məsələdir ki, yüksək səviyyəli çempionatları ilə ad çıxarmış ölkələrdə komandaların üçgündənbir oyunlara çıxması adi haldır. Tutaq ki, dünyanın sayılıb-seçilən ulduzlarının top qovduğu İngiltərə Premyer Liqasında (İPL) istirahət günü "Mançester Siti" ilə qarşılaşan "Nyukasl" 3 gün sonra Parisdə PSJ ilə ÇL matçına çıxır, ardından şənbə günü öz meydanında "Brentford"u qəbul edir. Təbii, bazar dəyərləri 20, 30, 50, 80 milyon avro ilə dəyərləndirilən peşəkarlar maşın kimi işləyə bildikləri üçün İPL klubunun formasını geyinirlər. Orada şikayətə, göz yaşlarına baxan yoxdur. Özünü bir qədər boş buraxdınsa, turnir cədvəlinin "zirzəmi"sinə göndəriləcək və hədəflərindən uzaq düşəcəksən. Bu, bir futbol təkamülünün formalaşdırdığı gerçəklikdir. "Qarabağ"ın oynadığı Azərbaycan Premyer Liqasını şübhəsiz, İPL ilə müqayisə etmək gülünc cəhd olar. Ağdam təmsilçisinin fərdi inkişaf yolundakı əsas maneələrdən biri də yerli birincilikdəki rəqiblərinin bəlli səviyyəni keçə bilməmələridir. Azərbaycandakı komandaların ümumi fiziki, taktiki hazırlığının Avropa standartlarına cavab verməməsi əlavə problemlərə yol açır. Hə, sırf bu məqam üzərində dayanmaq, ətraflı təhlillər aparmaq ayrıca yazı mövzusudur.

"Qarabağ" üçün qorxunc qrafik

Ağdam təmsilçisi "Nyukasl"la ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, 00:00-da start götürəcək. Görüş "St James Park" stadionunda gerçəkləşəcək. Cütün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. 

Fevralın 14-də Qubada "İmişli" ilə 20-ci tur çərçivəsində münasibətlərinə aydınlıq gətirəcək "köhlənlər" qısa intervalla mərkəzi arenada "Nyukas"la qarşılaşmalı, cəmi 3 gün sonra "Palms Sport Arena"da "Neftçi" ilə prinsipial görüşdə tər tökməli və İngiltərəyə yollanmalıdırlar. "Sağsağanlar"la səfər duelinin ağırlığını atmağa isə cəmi 4 gün vaxt qalacaq. Qurbanov yetirmələrini martın 1-də MPL-in lideri "Sabah"la matça çıxarmalıdır. "Qarabağ"ın fevraldakı matçlarının qrafiki belədir:


5 fevral 
"Şamaxı" - "Qarabağ"
Azərbaycan Kuboku, 1/4 final mərhələsi (ilk oyun)

10 fevral
"Şamaxı" - "Qarabağ"
MPL, 19-cu tur

14 fevral
"İmişli" - "Qarabağ"
MPL, 20-ci tur

18 fevral
"Qarabağ" - "Nyukasl"
ÇL, pley-off mərhələsi (ilk oyun)

21 fevral
"Neftçi" - "Qarabağ"
MPL, 21-ci tur

24 fevral 
"Nyukasl" - "Qarabağ"
ÇL, pley-off mərhələsi (cavab oyunu)


"Yox" demək "Neftçi"nin haqqıdır, amma...

"Ağ-göylər" "Neftçi" ilə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət ediblər, lakin qurum Bakı klubunun buna razı olmadığını əsas gətirərək ağdamlıların xahişini yerə salıb. Sırf peşəkarlıq prizmasından yanaşsaq, "yox" demək "Neftçi"nin haqqıdır. Görünən budur ki, "ağ-qaralar" vəziyyətdən istifadə edərək azarkeşlərini "Qarabağ" üzərində qələbə ilə sevindirmək istəyirlər. Azərbaycan futbolunun ümumi uğurunu ön plana çıxarmadığı və şəxsi mənfəətini düşündüyü üçün "Neftçi"ni qınamaq da olmaz. Futbolda rəqiblərin çətin anlarda bir-birinə badalaq vurması anlaşılan mənzərədir. Paytaxt klubunun imtinasının Ağdam təmsilçisinə ciddi problem yaradacağı, güclü "Nyukasl"la matçlara daha yaxşı hazırlaşmasına mane olacağı isə dəqiqdir. 

Pul qazanım, xərcləyin

"Qarabağ"ın ÇL-dəki qəhrəmanlığı digər MPL klublarının da büdcələrini zənginləşdirməsi ilə nəticələnib. Martda təmsilçilərimizin hər birinin hesabına məhz Qurbanovun və yetirmələrinin qəhrəmanlığına görə UEFA tərəfindən təxminən milyon yarım manat vəsait köçürüləcək. Oyunun təxirə salınmasını istəməyən "Neftçi" də, hazırda lider mövqeyində qərarlaşan "Sabah" da, futbolçularının maaşlarını gecikdirə-gecikdirə ödəyən hədəfsizlər də böyük məbləğdə pul qazanacaqlar. Nuş olsun!

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Sentyabr 2026
20:23

Talisson Moreyra Reysi "Zirə"də - RƏSMİ

19:37

Azərbaycan millisinin oyunlarının tarixi müəyyənləşib

19:14

Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub

18:58

I Liqa: "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"a 1 qol bəs etdi

18:01

"Zirə" 25 yaşlı vingerlə gücləndi - RƏSMİ

17:43

Kadinin cəzası açıqlandı

17:25

Autsayder "boz qurdlar"la oyuna neçə itki ilə hazırlaşır? - AÇIQLAMA

17:06

"Neftçi"nin, xüsusilə öz meydanında güclü komanda olduğunu bilirik" - "Şəfa"nın kanadalı legioneri

16:48

"Zəngəzur"un uduzması sensasiyadır" - Qəzənfər Abbasov

16:29

PFL və "Johan Cruyff Institute" arasında əməkdaşlığa başlanıldı

16:11

Cənubi azərbaycanlı baş məşqçidən iddialı açıqlama: "Hədəf 2-ci Liqanın çempionu olmaqdır"

15:53

Azərbaycanda bu federasiya fəaliyyətini dayandırdı

15:35

"Mingəçevirə qələbə dalınca gedirik" - "Zaqatala"nın kapitanı

15:17

İPL: Ayın ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

14:59

Ceko karyerası ilə bağlı şok qərar verdi

14:40

Lautaro: "Barselona" məni istəyirdi"

14:21

Nazim Sadıxov braziliyalı ilə üz-üzə gələcək

14:03

"Kəpəz" - "Şamaxı" oyunu ilə bağlı Gəncədə gücləndirilmiş rejimə keçildi

13:45

Lider "Sabah"la oyun ərəfəsində qayğısızdır

13:27

Cavadov "Şəmkir"lə oyundakı debütü dəyərləndirdi - "2-ci Liqa bu il çox gərgin keçəcək"

13:08

"Trabzonspor" 17 milyon avroluq oyunçu gətirdi

12:49

"Fənərbağça"nın iki futbolçusu ilə bağlı araşdırmaya başladı

12:30

"Real Madrid"in yeni transfer planı müəyyənləşdi

12:11

"İmişli"nin "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacağı bilindi

11:54

MPL: "Sabah" - "Zirə" oyununun hakimi bəlli oldu

11:36

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:20

"Qalatasaray" "Yuventus"un müdafiəçisinə gözünü dikib

11:02

"Sabahın Ulduzları": "Neftçi" əsas rəqibini yenib liderliyini qorudu - FOTOLAR

10:43

"Onları birlikdə oynatmaq çətindir" - Mourinyu

10:24

"Beşiktaş" yeni transferini açıqladı - RƏSMİ

10:05

"Sabah"ın ÇL oyunlarını hansı stadionda keçirəcəyi bilindi - DETALLAR

09:46

"Trabzonspor" Rişarlisonla anlaşdı

09:23

1-ci Liqa: Çempionat iddialıların oyunları ilə başlayır

09:00

Mehrac sabiq komandasını yenməyə köklənib - AÇIQLAMA

01:39

"Qalatasaray"da gözlənilməz ayrılıq

00:49

Avropa nəhənglərinin cərrahı Elvindən yazdı

02 Sentyabr 2026
23:53

Raul Asensio sərxoş halda avtomobil idarə edərkən saxlanılıb

23:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:25

"Səbail"in adı dəyişir, klub Qubanı təmsil edəcək

23:10

"Mançester Yunayted" Lyuis Holl üçün yenidən hərəkətə keçəcək

Facebookdan bizi izləməyi unutmayın.
X